Ən son xəbərlər:

29.06.2023/13:08/ Polşa ABŞ-dan 15 milyard dollarlıq Patriot sistemləri alacaq

Polşa ABŞ-dan 15 milyard dollarlıq Patriot sistemləri alacaq.

xeberaz.info xəbər verir ki, Polşa 15 milyard dollara Amerikanın Patriot hava hücumundan müdafiə sistemlərini alacaq. Bu barədə Pentaqona məlumat verilib.

Qeyd edildiyi kimi, bu silahların satışı ABŞ-da istehsal olunan silahların ixracına cavabdeh olan Dövlət Departamenti tərəfindən təsdiqlənib. Paketə 48-ə qədər Patriot PAC-3 buraxılış qurğusu və 644-ə qədər raket, həmçinin radarlar və digər müvafiq avadanlıqlar daxil olacaq.

Pentaqon bildirib ki, satış ABŞ-ın müttəfiqləri ilə qarşılıqlı fəaliyyətini artıracaq. Lakin tədarüklərin dəqiq nə vaxt həyata keçiriləcəyi, müqavilənin artıq imzalanıb-imzalanılmaması məlum deyil. Bunların istifadə olunan sistemlər (ABŞ tez-tez öz müttəfiqlərinə Amerika ordusu tərəfindən artıq istifadə edilmiş silahlar satır) və ya tamamilə yeni sistemlər olacağı da aydın deyil. İkinci halda sual yaranır ki, Raytheon istehsalçısı kimə üstünlük verəcək, Patriot sistemləri ilk olaraq hansı ölkəyə – Ukraynaya, Polşaya və ya başqa bir müştəriyə çatdırılacaq.

Yeri gəlmişkən, Polşa bu ərəfədə Amerika istehsalı olan Abrams tanklarının ilk partiyasını alıb.