Ən son xəbərlər:

29.06.2023/08:22/ İnkişaf etməkdə olan ölkələr çətin maliyyə vəziyyətlərini yüngülləşdirmək üçün fürsət axtarırlar

İnkişaf etməkdə olan ölkələr çətin maliyyə vəziyyətlərini yüngülləşdirmək üçün fürsət axtarırlar.

xeberaz.info xəbər verir ki,  ABŞ dollarından istifadənin azaldılması ilə bağlı həm BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika), həm də digər beynəlxalq və regional birliklər çərçivəsində məsləhətləşmələr aparılır. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi  Vinsent Maqvenya deyib.

BRİKS çərçivəsində həm ABŞ dollarından istifadənin azaldılması, həm də ümumi valyutaların yaradılması perspektivləri də daxil olmaqla, maliyyə məsələləri üzrə məsləhətləşmələr aparılır. Maqveniya təsdiqləyib ki, keçən həftə yeni qlobal maliyyə paktına dair Paris sammiti çərçivəsində keçirilən görüşdə Cənubi Afrika və Braziliya prezidentləri Siril Ramaposa və Luiz İnasio Lula da Silva ümumi valyutanı müzakirə ediblər.

Bu məsələ (BRICS-in vahid valyutasının yaradılması – TASS qeydi) olduqca mürəkkəbdir, – Maqvenya belə deyib . Alternativ valyutaların axtarışı özlüyündə ABŞ dollarına qarşı yönəlməyib, lakin inkişaf etməkdə olan ölkələr çətin maliyyə vəziyyətlərini yüngülləşdirmək üçün fürsət axtarırlar. O qeyd edib ki, vahid valyuta ilə bağlı yekun qərar hələ verilməyib və məsləhətləşmələr, o cümlədən BRİKS çərçivəsində davam etdiriləcək.