Ən son xəbərlər:

29.06.2023/07:10/ Səudiyyə Ərəbistanında ABŞ Baş Konsulluğu qarşısında atışma olub

29.06.2023/07:10/ Səudiyyə Ərəbistanında  ABŞ Baş Konsulluğu qarşısında atışma olub.

xeberaz.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki ABŞ Baş Konsulluğu qarşısında atışma olub. Nəticədə yerli təhlükəsizlik işçisi və atəş açan bir nəfər həlak olub. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Atışma barədə ilk məlumatı Səudiyyə Ərəbistanının Məkkə əyalətinin rəsmi nümayəndəsi verib. Onun sözlərinə görə, iyunun 28-də axşam saatlarında Amerika konsulluğunun binası qarşısında maşın dayanıb və oradan bir nəfər əlində odlu silahla çıxıb. O, konsulluğa hücum etmək istəsə də, təhlükəsizlik qüvvələri tərəfindən aradan qaldırılıb. Atışma zamanı ABŞ-ın Nepaldan olan diplomatik missiyasının mühafizəçisi yaralanıb. Daha sonra ölüb.

Dövlət Departamenti insident və atışma zamanı həlak olanlar barədə məlumatı təsdiqləyib. Onlar həmçinin bildiriblər ki, konsulluğa giriş vaxtı da məhdudlaşdırılıb, ona görə də amerikalı diplomatlardan heç biri xəsarət almayıb. ABŞ hadisəni araşdıran Səudiyyə Ərəbistanı rəsmiləri ilə əlaqə saxlayır.