Ən son xəbərlər:

29.06.2023/06:12/ Paris ətrafının sakinləri etiraz aksiyasına çıxıblar

Paris ətrafının sakinləri etiraz aksiyasına çıxıblar.

xeberaz.info xəbər verir ki, Fransanın Nanterre şəhərində polisin 17 yaşlı gənci güllələyərək öldürməsindən sonra iğtişaşlar zamanı azı 77 nəfər həbs edilib. Bu barədə Paris polisinə istinadən Figaro qəzeti məlumat yayıb.

Parisin qərbində yerləşən Nanterre şəhərində yolda yoxlama zamanı polisin tələblərini yerinə yetirməkdən boyun qaçıran yeniyetməni güllələyərək öldürməsindən sonra Paris ətrafının sakinləri etiraz aksiyasına çıxıblar. Radikal fransızlar Nanterre polis binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı küçələrdə zibil qutuları və avtomobillər yandırılıb, barrikadalar qurulub, polis əməkdaşlarına fişəng və daş atılıb.

Daha sonra etirazlar digər şəhərlərə də yayılıb. Xüsusilə Tuluza və Lill kortəbii etirazlara qoşuldular.

Daha əvvəl bildirilmişdi ki, yanğınlar və hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalar Suresnes, Asnieres-sur-Seine, Gennevilliers, La Garin-Colombe və Villeneuve şəhərlərində baş verir.