Ən son xəbərlər:

21.06.2023/20:30/ NATO liderləri Hollandiyada Ukraynadakı müharibəni və təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər

NATO liderləri Hollandiyada Ukraynadakı müharibəni və təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.

xeberaz.info xəbər verir ki, NATO liderləri Alyansın Vilnüs sammiti öncəsi iyunun 27-də Hollandiya baş nazirinin Haaqadakı rəsmi iqamətgahında görüşəcəklər.

Qeyd olunur ki, iclasda Niderlandın baş naziri ilə yanaşı, Rumıniya prezidenti Klaus Yohannis, Belçikanın baş naziri Aleksandr De Kro, Polşa prezidenti Anjey Duda, Norveçin baş naziri Yonas Qahr Störe, Albaniyanın baş naziri Edi Rama və Litvanın Baş naziri Gitanas Nauseda da iştirak edəcək.

“İşgüzar şam yeməyi zamanı onlar Ukraynadakı müharibəni və dünyada təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər”, – Hollandiya hökumətinin mesajında belə deyilir.

Bir qədər əvvəl blokun baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun Vilnüs sammiti Ukraynanı alyansa yaxınlaşdıracaq və onu çoxillik hərbi təchizat proqramı ilə təmin edəcək.

İyunun 16-da məlum olub ki, Şimali Atlantika Alyansı Ukrayna-NATO Şurasının yaradılmasına başlayıb və burada respublika alyansın üzvləri ilə bərabərhüquqlu olacaq.