Ən son xəbərlər:

21.06.2023/20:07/ Moldovada Mayın 8-də İkinci Dünya Müharibəsində həlak olanların şərəfinə Anım və Barışıq Günü təsis ediləcək

Moldovada  Mayın 8-də  İkinci Dünya Müharibəsində həlak olanların şərəfinə Anım və Barışıq Günü təsis ediləcək.

xeberaz.info xəbər verir ki, Moldova hökuməti 9 May Qələbə Gününün qeyd edilməsinin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib. Mayın 8-də  İkinci Dünya Müharibəsində həlak olanların şərəfinə Anım və Barışıq Günü təsis ediləcək.

Moldovanın baş naziri Dorin Recean bildirib ki, layihə hökumət tərəfindən müsbət qiymətləndirilib, – TASS  onun sözlərini sitat gətirib.  Qərar parlamentdə təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qanun layihəsini Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan bir qrup deputat təqdim edib. Sənəd müəllifləri bildiriblər ki, Almaniyanın anti-Hitler koalisiyasına təslim olması 1945-ci il mayın 8-də imzalanıb, ona görə də bu tarix nasizm üzərində qələbə günü hesab edilməlidir. Bu təşəbbüsə müxalif Kommunistlər və Sosialistlər Bloku tərəfindən etiraz edilib, bəzi deputatlar etiraz aksiyaları keçiriblər.