Ən son xəbərlər:

21.06.2023/18:29/ Çin Baydenin Si Cinpinlə bağlı bəyanatına etiraz edib

Çin Baydenin Si Cinpinlə bağlı bəyanatına etiraz edib.

xeberaz.info xəbər verir ki, Çin ABŞ prezidenti Co Baydenin Çin prezidenti Si Cinpin haqqında söylədiyi son fikirlərə etiraz edir. Bunu çərşənbə günü brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

“Amerika prezidentinin bəyanatları məsuliyyətsizdir, diplomatik etiketə ziddir və açıq təxribatdır. Çin öz kəskin etirazını bildirir”, – deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Dünən Reuters-in xəbər verdiyi kimi, ABŞ prezidenti Kaliforniyada seçki kampaniyası üçün vəsait toplamaq üçün keçirilən görüşdə Çin prezidentini “diktator” adlandırıb.