Ən son xəbərlər:

21.06.2023/07:41/ Avropa Komissiyası Gürcüstana 8 milyon avrodan çox vəsait ayıracaq

Avropa Komissiyası Gürcüstana 8 milyon avrodan çox vəsait ayıracaq.

xeberaz.info xəbər verir ki, Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə Baş Direktorluğu Gürcüstanın Avropaya inteqrasiyasına dəstək proqramına başlayıb. Podratçı Gürcüstan və Avropa İttifaqı arasında ikitərəfli sazişlərin həyata keçirilməsi üçün texniki xidmətlər göstərəcək.

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə Baş Direktorluğu Gürcüstanın Avropaya inteqrasiyasına və Dərin və Hərtərəfli Azad Ticarət Zonası Sazişinin və Kiçik və Orta Biznesin İnkişaf Mexanizmlərinin həyata keçirilməsinə dəstək üçün 8,2 milyon avro ayıracaq.

AK qeyd edir ki, Avropa İttifaqının xarici fəaliyyəti üçün müsabiqə əsasında satınalma proseduru Avropa İttifaqının ümumi büdcəsi və Avropa İnkişaf Fondu hesabına həyata keçiriləcək.

Tapşırıqların icra müddəti üç ildən çoxdur.