Ən son xəbərlər:

21.06.2023/07:21/ Ağ Ev İran hökuməti ilə nüvə sazişini müzakirə etmir

Ağ Ev İran hökuməti ilə nüvə sazişini müzakirə etmir.

xeberaz.info xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev İran hökuməti ilə nüvə sazişini müzakirə etmir. Onun sözlərinə görə, Vaşinqton İranda saxlanılan Amerika vətəndaşları ilə bağlı Tehranla danışıqlar aparır.

“Heç bir sövdələşmədən söhbət getmir. Nüvə ambisiyaları ilə bağlı prezident Bayden açıq şəkildə bildirdi ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. O, belə bir nəticəyə diplomatik yollarla nail olmağımıza üstünlük verərdi. Lakin hazırda bu məsələdə diplomatiya nəzərdən keçirilmir”, – deyə Con Kirbi brifinqdə (TASS-a istinadən).bildirib

Cənab Kirbi əlavə edib ki, bu, Ağ Evin İranın nüvə potensialı məsələsinin diplomatik həllindən imtina etməsi demək deyil.

Con Kirbi izah edib ki, Vaşinqton və İran arasında hazırkı danışıqlar İranda saxlanılan ABŞ vətəndaşlarına aiddir. O, təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, saxlanılan amerikalıların ABŞ-a qaytarılması ilə bağlı müzakirələr davam edir.