Ən son xəbərlər:

21.06.2023/07:06/ Tesla ən qısa zamanda Hindistan bazarına girəcək

Tesla ən qısa zamanda Hindistan bazarına girəcək.

xeberaz.info xəbər verir ki, Amerikalı sahibkar və Tesla-nın baş direktoru Elon Musk bildirib ki, onun şirkəti Hindistan bazarına ən qısa zamanda daxil olmaq niyyətindədir. O, həmçinin Hindistanın baş naziri Narendra Modi ilə görüşü əla və çox yaxşı adlandırıb.

Cənab Mask qeyd edib ki, Narendra Modi onu Hindistana əhəmiyyətli investisiyalar qoymağa sövq edir. Onun sözlərinə görə, bunun üçün sadəcə düzgün vaxtı seçmək lazımdır.

Narendra Modi və İlon Mask Nyu Yorkda görüşüblər. Bu, cənab Modinin ABŞ-a üç günlük səfəri çərçivəsində baş tutub.