Ən son xəbərlər:

21.06.2023/06:18/ Ronaldo dünya rekorduna imza atıb

Ronaldo milli komandanın çıxışına görə dünya rekorduna imza atıb.

xeberaz.info xəbər verir ki, Kriştiano Ronaldo Portuqaliya milli futbol komandası ilə 200-cü oyununu keçirib. Forvard tarixdə bu həddə çatan ilk futbolçu olub.

Ronaldo 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin dördüncü turunun İslandiya ilə səfər matçında meydana start heyətində daxil olub.

Eyni zamanda oyun zamanı yeganə qolu vuran hücumçu komandasının 1:0 hesablı qələbəsini təmin edib. Beləliklə, Portuqaliya keçirdiyi 4 oyundan 12 xalla J qrupuna başçılıq edir. İkinci yeri Slovakiya komandası tutur.

Milli komanda üçün oyunların sayına görə keçmiş rekordçu küveytli Bader əl-Mutava olub.  O, komandanın tərkibində 196 dəfə meydana çıxıb.