Ən son xəbərlər:

21.06.2023/05:42/ ABŞ prezidenti Bayden və Çin sədri Xi Jinping noyabrda görüşə bilər

ABŞ prezidenti Bayden və Çin sədri Xi Jinping noyabrda görüşə bilər.

xeberaz.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfəri Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında gələcək görüş üçün zəmin yarada bilər. Bu barədə “South China Morning Post” ekspertlərə istinadən yazır.

Nəşr iki liderin görüşünün payızda baş tutacağına aydınlıq gətirib. Çin Sosial Elmlər Akademiyasının (CASS) ABŞ-Çin münasibətləri üzrə eksperti Lu Xiang-ın fikrincə, Çin sədri Si Cinpinin Blinkenlə danışığa razılıq verməsi Çin liderinin ABŞ-la görüşünə dair “sakit razılaşma” kimi şərh edilə bilər.

Bundan əvvəl ABŞ dövlət katibi son 5 ildə ilk dəfə Çinə səfər edib. O, iki gün Pekində qalıb və yüksək çinli rəsmilərlə bir neçə görüş keçirib.