Ən son xəbərlər:

21.06.2023/04:38/ Böyük Britaniya NATO-da aparıcı hərbi güc statusunu itirmək riski ilə üzləşə bilər

Böyük Britaniya NATO-da aparıcı hərbi güc statusunu itirmək riski ilə üzləşə bilər.

xeberaz.info xəbər verir ki, Ordunun azaldılması siyasəti davam etdirilərsə, Böyük Britaniya NATO-da təsirini itirmək riski ilə üzləşər. Bu fikri NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, britaniyalı general Tim Redford “The Daily Telegraph”a müsahibəsində deyib.

“Hesab edirəm ki, ordumuz kifayət qədər qüdrətli deyil. Biz onun miqyasını artırmalıyıq,  əgər biz orduya sərmayə qoymasaq, öz istehsal bazamızı yaratmasaq və liderlik nümayiş etdirməsək, bu mövqeyimizi itirə bilərik”,- general belə bildirib.

Hərbi rəhbər qeyd edib ki, hərbi texnika və silahların modernləşdirilməsi kral silahlı qüvvələrinin sayının artırılması ilə paralel aparılmalıdır.

Hazırda Britaniya ordusunun gücü təxminən 76 min nəfərdir ki, bu da 19-cu əsrin əvvəlindən bəri ən aşağı göstəricidir. 1990-cı ildə krallığın quru qoşunlarının sayı iki dəfə çox idi. Hakimiyyət orqanlarının planlarına görə, yaxın illərdə Britaniya ordusunun gücü 72,5 min nəfərə qədər azalacaq.