Ən son xəbərlər:

20.06.2023/16:10/ 2022-ci ildə Almaniyanın əhalisi son 30 ildə ilk dəfə olaraq bir milyon artıb

2022-ci ildə Almaniyanın əhalisi son 30 ildə ilk dəfə olaraq bir milyon artıb.

xeberaz.info xəbər verir ki, Almaniyanın əhalisi 2022-ci ildə 1,3% və ya bir milyondan çox artıb. Çərşənbə axşamı Federal Statistika İdarəsinin yaydığı hesabata görə, bu cür statistika ilk növbədə ukraynalı miqrantların axını ilə izah olunur.

Hesabata görə, 2022-ci ilin sonuna ölkədə 12,3 milyonu əcnəbilər  olmaqla 84,4 milyon nəfər yaşayır. Əcnəbilərin əhali arasında xüsusi çəkisi 13,1 faizdən 14,6 faizə yüksəlib. Onların əksəriyyətinin Türkiyə (1,34 milyon), Ukrayna (1,05 milyon) və ya Suriya (883 min) vətəndaşlığı olub.  Miqrantların əksəriyyəti – 915 min nəfər ötən il Ukraynadan gəlib.

Yaşı 20-dən aşağı olan Almaniya sakinlərinin sayı əsasən əcnəbilərin hesabına 2,8% və ya 427 min nəfər artıb.

Aprel ayında Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının daxili siyasət üzrə eksperti Alexander Throm Almaniyanın son illərdə ən pis miqrant böhranı ilə üzləşdiyini bildirib. O qeyd edib ki, təkcə 2023-cü ilin birinci rübündə sığınacaq üçün demək olar ki, 81 min müraciət edilib ki, bu da bir ilin eyni dövrü ilə müqayisədə 80,3% çoxdur.