Ən son xəbərlər:

20.06.2023/07:47/ Kiyev silah istehsalı ilə bağlı Qərblə danışıqlar aparır

Kiyev silah istehsalı ilə bağlı Qərblə danışıqlar aparır.

xeberaz.info xəbər verir ki, Ukraynanın strateji sənaye nazirinin müavini Serhiy Boev Reuters agentliyinə bildirib ki, Ukrayna Qərb silah şirkətləri ilə hasilatı artırmaq üçün danışıqlar aparır.

“Bizim onlarla çox ətraflı müzakirələrimiz var. Və biz əminik ki, yaxın bir neçə ay ərzində müqavilələrimiz imzalanacaq”, – Boev belə deyib.

Onun fikrincə, dronlar ölkədə istehsal oluna bilən avadanlıqlar sırasındadır. Agentlik qeyd edir ki, Boyev bu məsələ ilə bağlı dron istehsalçıları ilə görüşüb və belə müəssisələrin yaranması Ukraynanın mərkəzi və qərbində yeni iş yerləri yaradacaq.