Ən son xəbərlər:

20.06.2023/07:07/ Norveç Ukraynanın nüvə təhlükəsizliyini təmin etmək üçün maliyyə dəstəyini artırır

Norveç Ukraynanın nüvə təhlükəsizliyini təmin etmək üçün maliyyə dəstəyini artırır.

xeberaz.info xəbər verir ki, Norveç hökumətinin mətbuat xidməti bəyanat yayıb ki, Norveç Nazirlər Kabineti MAQATE-yə dəstək, habelə Ukraynanın nüvə təhlükəsizliyini təmin etmək üçün 250 milyon Norveç kronu (təxminən 24 milyon dollar) ayırmaq niyyətindədir.

Bu məbləğdən Beynəlxalq Atom Enerjisi Agentliyinin ehtiyacları üçün 100 milyon Norveç kronu ayrıldığı vurğulanır.

“Bu, MAQATE ekspertlərinin Ukraynada olmasını təmin etməyə kömək edəcək. Bundan əlavə, Norveç Ukrayna ilə nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığa ayrılan maliyyəni 150 milyon Norveç kronu artırır”, – sənəddə  belə deyilir.