Ən son xəbərlər:

20.06.2023/06:31/ Kanadada yanğınların tüstüsü ölkədə havanın çirklənməsinin əsas səbəbinə çevrilib

Kanadada yanğınların tüstüsü ölkədə havanın çirklənməsinin əsas səbəbinə çevrilib.

xeberaz.info xəbər verir ki, Kanadanın səhiyyə naziri Jan-İv Düklos bildirib ki, ilin əvvəlindən bəri ölkədə meşə yanğınları 5,7 milyon hektar müxtəlif ərazini məhv edib ki, bu da son on ildəki orta göstəricidən on dəfə çoxdur.

“Bizim hesablamalara görə, ilin əvvəlindən ölkə üzrə 5,7 milyon hektar [meşələr və digər ərazilər] yanıb və hələ iyun ayıdır. Bu, artıq son on ildə orta göstəricidən on dəfə çoxdur”, – deyə TASS onun sözlərindən sitat gətirib.

O, həmçinin əlavə edib ki, bu yanğınlar səbəbindən 100 mindən çox kanadalı evlərini tərk etmək məcburiyyətində qalıb.

Səhiyyə Nazirliyinin rəhbəri qeyd edib ki, yanğınların tüstüsü ölkədə havanın çirklənməsinin əsas səbəbinə çevrilib.