Ən son xəbərlər:

20.06.2023/05:44/ NATO -nun arsenalları dağıdılıb və təcili olaraq yenidən bərpa olunmalıdır

NATO -nun arsenalları dağıdılıb və təcili olaraq yenidən bərpa olunmalıdır.

xeberaz.info xəbər verir ki, NATO-nun silah və sursat anbarları boşaldılıb və mümkün qədər tez bərpa edilməlidir. Bunu bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Berlində keçirilən “Alman Sənaye Günü” iqtisadi konfransında çıxışı zamanı deyib.

“Bizə daha güclü hərbi sənaye lazımdır, onun nümayəndələri bu gün burada toplaşıblar. Bizim silah və sursat ehtiyatlarımız boşdur və təkcə Almaniyada deyil, həm də NATO-nun bir çox ölkələrində doldurulmalıdır”, – Stoltenberq  belə bildirib.