Ən son xəbərlər:

19.06.2023/02:58/ ABŞ dövlət katibi Pekinə iki günlük səfərə gəlib

ABŞ dövlət katibi Pekinə iki günlük səfərə gəlib.

xeberaz.info xəbər verir ki,  ABŞ dövlət katibi Entoni Blinken bazar günü səhər Çin paytaxtına gəlib. Bu barədə Çinin “Paper” informasiya portalı məlumat yayıb.

Mesajda qeyd edildiyi kimi, amerikalı diplomatın səfəri iki gün davam edəcək. Bildirilir ki, bu, Dövlət Departamenti rəhbərinin 2018-ci ilin oktyabrından bəri Çinə ilk səfəridir.

Blinkenin  Çinin xarici işlər naziri Qin Gang ilə görüşəcəyi gözlənilir.