Ən son xəbərlər:

18.11.2022/19:45 / «Qazprom» yeni müqavilə çərçivəsində Azərbaycana qaz tədarükünə başladı

Çərşənbə axşamı, noyabrın 15-də Rusiyanın «Qazprom» şirkəti «SOCAR» şirkəti ilə yeni müqavilə əsasında Azərbaycana qaz tədarükünə başlayıb. Bu barədə Rusiya konserninin Telegram kanalında yayımlanan məlumatda deyilir.

“Noyabrın on beşində yeni qaz alqı-satqısı müqaviləsi əsasında Rusiyanın Azərbaycana qazının tədarükü başladı. Sənəd “Qazprom Export” MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb “, – mətndə belə deyilir.

Tədarüklər 2023-cü ilin mart ayına kimi həyata keçiriləcək. Tədarükün həcmi 1 milyard kub metrə qədər qaz təşkil edəcək.