Ən son xəbərlər:

18.11.2022/19:30 / Neftin qiyməti aşağı düşür

Dünyada neftin qiymətləri azalmaqda davam edir, Brent etalon markalı neftin qiyməti isə oktyabrın 3-dən bəri ilk dəfə olaraq 87 dollardan aşağı düşüb.

Belə ki, Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 3,31% azalaraq 86,8 dollara, WTI-də dekabr fyuçerslərinin qiyməti 3,7% azalaraq 78,67 dollara enib.

Sonuncu dəfə Brent markası oktyabrın 3-də bir barel üçün 87$- dan aşağı düşmüşdür.