Ən son xəbərlər:

14.06.2023/19:53/ Gənc qızlar evliliyi qadınların sıxışdırılması üçün patriarxal bir qurum adlandırırlar

Gənc qızlar evliliyi qadınların sıxışdırılması üçün patriarxal bir qurum adlandırırlar.

Çində nikahların sayı 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.

xeberaz.info xəbər verir ki, Ötən il Çində 6,83 milyon nikah olub. “The Guardian” Çinin Mülki İşlər Nazirliyinin məlumatlarına istinadən yazır ki, bu, bir il əvvəlkindən 10,5% azdır və 1986-cı ildən bəri ən aşağı göstəricidir.

Çində nikahların sayı 2014-cü ildən bəri durmadan və xüsusilə son illərdə kəskin şəkildə azalır. Göstəricinin zirvəsi 2013-cü ildə, demək olar ki, 13,5 milyon cütlüyün münasibətlərə girdiyi vaxt gəlib. Eyni zamanda, son illər gənc xanımlar gec ailə qurmağa üstünlük verirlər. Belə ki, 2010-cu ildən 2020-ci ilə qədər olan dövrdə onlar üçün nikah yaşı 24-dən az qala 29 yaşa yüksəlib. Miçiqan Universitetinin sosioloqu Yun Zhounun fikrincə, “gənc qadınlar evliliyi tənqid edir və bunu qadınların sıxışdırılması üçün patriarxal bir qurum adlandırırlar”.

Doğum nisbətinin rekord dərəcədə azalması fonunda nikahların sayının azaldığını və doğum səviyyəsini stimullaşdırmaq üçün regional hakimiyyət orqanları öz yollarını axtarırlar.

Bəzi əyalətlərdə yeni evlənənlərə 30 günə qədər məzuniyyət verilir. Çin Planlı Valideynlik Assosiasiyası “evlilik və uşaq dünyaya gətirmənin yeni konsepsiyasını” dəstəkləmək üçün 2022-ci ildə başlamış pilot proqramı genişləndirib.

Bu arada Çində nəinki evliliklərin, hətta boşanmaların da sayı azalır. 2022-ci ildə 2,1 milyon nikah pozulub, bu bir il əvvəlkindən bir qədər azdır.