Ən son xəbərlər:

14.06.2023/11:03/ Pekin Vaşinqtonu onun daxili işlərinə qarışmamağa çağırıb

Pekin Vaşinqtonu onun daxili işlərinə qarışmamağa çağırıb.

xeberaz.info  xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Qin Qanq ilə telefon danışığı aparıb. Onlar iki ölkə arasında açıq kommunikasiya xətlərinin saxlanmasının vacibliyini müzakirə ediblər. Pekin həmçinin Vaşinqtonu daxili işlərinə qarışmamağa çağırıb.

“Bu gecə Çinin Dövlət müşaviri və xarici işlər naziri Qin Qanqla telefonla Açıq kommunikasiya kanallarının saxlanması üçün davam edən səyləri, həmçinin ikitərəfli və qlobal məsələləri müzakirə etdik”, – cənab Blinken tvitində belə yazıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, kommunikasiya xətlərinin saxlanması “yanlış hesablamaların və münaqişələrin qarşısını almaq üçün ABŞ və Çin arasında münasibətlərin məsuliyyətli idarə olunması üçün” zəruridir.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Qin Qang da ABŞ dövlət katibinə bildirib ki, Amerika tərəfi Çinin daxili işlərinə qarışmağı dayandırmalı, rəqabət naminə Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər vurmamalıdır”, – nazir belə deyib.

ABŞ dövlət katibi fevralda Pekinə səfər etməyi planlaşdırmışdı, lakin Vaşinqtonun şübhəli bildiyi Çin şarı ilə bağlı insidentdən sonra səfəri təxirə salmışdı.

Media Entoni Blinkenin bu bazar, iyunun 18-də Çinə gələcəyini yazıb. Ötən həftə dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Çinə səfər edib.