Ən son xəbərlər:

14.06.2023/10:42/ Əl-Nasr ilə danışıqlar aparmaq üçün Lukaku Səudiyyə Ərəbistanına getdi

Əl-Nasr ilə danışıqlar aparmaq üçün Lukaku Səudiyyə Ərəbistanına getdi.

xeberaz.info  xəbər verir ki, “İnter”in hücumçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə bilər. Goal-ın məlumatına görə, belçikalı klubla danışıqlar aparmaq üçün artıq Səudiyyə Ərəbistanına gedib. Futbolçuya mövsümdə 25 milyon avro maaşla iki illik müqavilə təklif olunub.

Lukaku 2022/23 mövsümündə “İnter”in heyətində 36 oyunda 14 qol vurub və 7 məhsuldar ötürmə edib. O, komanda ilə birlikdə Çempionlar Liqasının finalına yüksəlib və burada “Mançester Siti”yə uduzub (0:1).

Daha əvvəl Çempionlar Liqasının finalından sonra Lukakunun irqçi təhqirlərə məruz qaldığı bildirilirdi.