Ən son xəbərlər:

14.06.2023/10:30/ İran SEPAH Hərbi Dəniz Qüvvələrinin gəmiləri 2 min km mənzilli qanadlı raketlər alıb

İran SEPAH  Hərbi Dəniz Qüvvələrinin gəmiləri 2 min km mənzilli qanadlı raketlər alıb.

xeberaz.info  xəbər verir ki, Yeni dəniz əsaslı qanadlı raketlər İslam İnqilabı Keşikçiləri Korpusu ilə xidmətə başlayıb. Bu barədə çərşənbə axşamı Fars agentliyi SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiriyə istinadən məlumat yayıb.

Agentlik onun sözlərini sitat gətirib: “İİKK tarixdə ilk dəfə olaraq öz hərbi gəmilərini ölkədə hazırlanmış, 2000 km mənzilli dənizdən buraxılan qanadlı raketlərlə təchiz edib. “Onlar 40-2000 km mənzilli “yer-yer” qanadlı raketlərinə malik Şahid Süleymani helikopter gəmisində quraşdırılıb”.