Ən son xəbərlər:

14.06.2023/07:02/ Benzema 2009-cu ildən çıxış etdiyi “Real Madrid”dən ayrılıb

Benzema 2009-cu ildən çıxış etdiyi “Real Madrid”dən ayrılıb.

xeberaz.info  xəbər verir ki, Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə müqavilə imzalayıb. Səudiyyə Ərəbistanından olan komandanın mətbuat xidmətindən verilən məlumata görə, müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq.

Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda  çıxış edəcək

Daha əvvəl 35 yaşlı futbolçuya 200 milyon avroya 2 illik müqavilə təklif edildiyi bildirilirdi.

Benzema 2009-cu ildən çıxış etdiyi “Real Madrid”dən ayrılıb. Bu müddət ərzində o, 25 titul qazanıb, o cümlədən dördü İspaniya çempionatında, beşi Çempionlar Liqasında qələbə qazanıb. 2022-ci ildə “Qızıl top”u qazanıb.