Ən son xəbərlər:

14.06.2023/05:58/ Mayami məhkəməsində Tramp özünü təqsirli bilməyib

Mayami məhkəməsində Tramp özünü təqsirli bilməyib.

xeberaz.info  xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mayamidə məhkəmə zamanı bütün ittihamları rədd edib. Hakim Ağ Evin keçmiş rəhbərini girov və hərəkət məhdudiyyəti olmadan azad edib ki, bu da Trampa seçki kampaniyasını davam etdirməyə imkan verəcək.

Məhkəmədə Tramp 37 ittihamın hamısını rədd edib və heç bir şərt qoyulmadan azadlığa buraxılıb. Prosesdən sonra Tramp ABŞ-ın tənəzzüldən qaçmasına kömək etmək üçün seçki kampaniyasına qayıtdığını bildirib.

Daha əvvəl bildirilmişdi ki, Tramp cinayətkar sui-qəsddə, yalan ifadə verməkdə, məxfi sənədləri düzgün saxlamamaqda ittiham olunur. Ümumilikdə, siyasətçini 400 il həbs cəzası gözlədiyi bildirilirdi.