Ən son xəbərlər:

13.06.2023/17:39/ Texas ştatının Hyuston şəhərindəki gecə klubunun dayanacağında atışma baş verib

Texas ştatının Hyuston şəhərindəki gecə klubunun dayanacağında atışma baş verib.

xeberaz.info xəbər verir ki, NBA-nın Denver Nuggets komandasının qələbə bayramı atışmaya çevrilib, bir neçə nəfər yaralanıb. Atıcının özü də yaralananlar arasındadır.

CBS telekanalının məlumatına görə, hadisə Kolorado ştatının Denver şəhərindəki Ball Arena yaxınlığında baş verib. Atışma səsləri yerli komandanın Miami Heat üzərində qələbəsindən təxminən üç saat yarım sonra gəlib.

Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti kritik qiymətləndirilir.

Atəş açan şəxsin özü tez bir zamanda müəyyən edilərək saxlanılıb. O, artıq həbsdədir. Onun bunu etməsinin səbəbləri hələlik məlum deyil.

Bundan əvvəl ABŞ-da daha bir oxşar hadisə qeydə alınmışdı. Bu dəfə atışma Texas ştatının Hyuston şəhərindəki gecə klubunun dayanacağında baş verib. Altı nəfər yaralanıb.