Ən son xəbərlər:

13.06.2023/16:52/ Həkimlərin öldüyünü elan etdiyi qadın dirildi və tabutun qapağını döydü

Həkimlərin öldüyünü elan etdiyi qadın dirildi və tabutun qapağını döydü.

xeberaz.info MIR 24-ə istinadən xəbər verir ki, Ekvadorda həkimlərin öldüyünü elan etdiyi qadın öz dəfnindən əvvəl qəfildən ayılıb.

Xanım ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər reanimasiya etməyə çalışsalar da, nəticə olmayıb. Və xəstəyə ölüm haqqında şəhadətnamə veriblər. Meyit evə gətirilib, tabuta qoyulub. Vida zamanı tabutdan qəribə səslər eşidilməyə başlayıb qəfildən tabutun qapağı döyülüb

Qadın indi yenidən xəstəxanaya aparılıb. Qohumlar isə həkimləri məhkəməyə verəcəklər.