Ən son xəbərlər:

13.06.2023/08:45/ Mbappe satışa çıxarıldı

Mbappe satışa çıxarıldı.

xeberaz.info xəbər verir ki, Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe yay transfer pəncərəsi zamanı klubu tərk edə bilər. Jurnalist Ceyson Bertin sözlərinə görə, klub müqaviləni yeniləməkdən imtina etdikdən sonra futbolçunu satışa çıxarıb.

Rəhbərlik Mbappenin qərarını jurnalistlərdən öyrənib. Futbolçu 2025-ci ilə qədər klubda qalmaq istəməyib. Fransız futbolçu ilə PSJ arasındakı müqavilədə onun əlavə bir mövsüm oynaya biləcəyi variant var.

Paris klubu 2022/23 mövsümündə Fransa çempionu olub. Hücumçu bombardirlər yarışında qalib gəlib (29 qol). Onun müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bundan əvvəl Florentino Peres “Real”ın Mbappeni alacağını demişdi, amma bu il yox.