Ən son xəbərlər:

13.06.2023/08:29/ Rusiya-Ukrayna münaqisini hərbi yolla həll etmək mümkün deyil

Rusiya-Ukrayna münaqisini  hərbi yolla həll etmək mümkün deyil.

xeberaz.info xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdə Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib. O, Ukrayna, Fələstində və Yəməndə diplomatik səylər göstərməyə çağırıb, münaqişənin həllinə seçmə yanaşmanın yolverilməzliyini qeyd edib. Onun fikrincə, beynəlxalq hüququn fundamental prinsipləri hamıya şamil edilməlidir.

Müharibənin Avropanın ürəyinə qayıtması bizə bu gün üzləşdiyimiz çətin problemləri xatırladır. Mən sülh tapmaq səylərimizi xatırladım, eskalasiyadan və bütün saysız-hesabsız nəticələri olan güc tətbiqindən qaçmağa çalışdıq. Bu münaqişənin hərbi həlli yoxdur.

Bizə daha çox diplomatiya və Ukraynaya, eləcə də  Fələstinə, Yəmənə daha az hərbi müdaxilə lazımdır, – cənab Lula da Silva birgə mətbuat konfransında  belə bildirib.  TASS ona istinadən bildirir.

Braziliya prezidenti dəfələrlə Ukrayna münaqişəsinin diplomatik yolla həllinin tərəfdarı olub. O, danışıqlar üçün G20-nin analoqunun yaradılmasını təklif edib. Prezident bildirib ki, Avropa və ABŞ-ın hərəkətləri hərbi əməliyyatların davam etdirilməsinə töhfə verir. Buna cavab olaraq Vaşinqton cənab Lulu da Silvanı Rusiya və Çin təbliğatını təkrar etməkdə ittiham edib.