Ən son xəbərlər:

13.06.2023/05:46/ İtaliyada iyunun 14-də milli matəm elan edilib

İtaliyada iyunun 14-də milli matəm elan edilib.

xeberaz.info xəbər verir ki,  İtaliya hakimiyyəti keçmiş baş nazir Silvio Berluskoninin 14 iyunda Milanda keçiriləcək dəfn günü ölkədə milli matəm elan ediləcəyini açıqlayıb.

Keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə əlaqədar 2023-cü il iyunun 12-dən 14-dək bütün ölkədəki dövlət qurumlarında və İtaliyanın xaricdəki diplomatik və konsulluq missiyalarının binalarında bayraqlar yarıya endiriləcək, – Adnkronos hökumətdən sitat gətirib.

Dövlət dəfn mərasiminin keçirildiyi gün 2023-cü il iyunun 14-də ümummilli matəm elan ediləcək.