Ən son xəbərlər:

13.06.2023/05:23/ Yaponiya ABŞ və Fransa ilə birgə dəniz təlimləri keçirir

Yaponiya ABŞ və Fransa ilə birgə dəniz təlimləri keçirir.

xeberaz.info xəbər verir ki, Özünümüdafiə qüvvələrinin qərargahından verilən məlumata görə, Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri ABŞ və Fransa donanmaları ilə birgə təlimlər keçirib. Bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, təlimlər iyunun 7-dən 10-dək Okinava regionunda və Şərqi Çin dənizində keçirilib.

Amerikalılar təlimlər zamanı Ronald Reyqan və Nimitz aviadaşıyıcılarından, həmçinin B-52 bombardmançılarından istifadə ediblər.

Bundan əvvəl Rusiyanın Sakit Okean Donanması 60-dan çox hərbi gəmi və yardımçı gəminin iştirakı ilə Yaponiya və Oxot dənizlərində təlimlərə başlayıb.