Ən son xəbərlər:

17.11.2022/23:42 / Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilib

Xəbəraz.info saytı qafqazinfo.az sytına istinadən bildirir ki Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun verdiyi ilkin məlumata görə, Q. Əliyev onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən uzaqlaşdırılıb.

Məlumat üçün bildirək ki, Q. Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun dönəmində icra akimiyyətinin birinci müavin vəzifəsində çalışıb.

Alimpaşa Məmmədovun həbsi zamanı Qüdrət Əliyev də dindirilib.

Daha sonra isə Qüdrət Əliyev Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib.