Ən son xəbərlər:

12.06.2023/15:27/ Ukrayna üzrə sülh danışıqları ABŞ-da prezident seçkilərindən sonraya qalacaq

Ukrayna üzrə sülh danışıqları ABŞ-da prezident  seçkilərindən sonraya qalacaq.

xeberaz.info xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell əmindir ki, Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların ABŞ-da prezident seçkilərinə qədər başlaması ehtimalı azdır. Onlar 2024-cü ilə planlaşdırılıb.

“Düşünürəm ki, Putin Amerikada prezident seçkilərinin nəticələrini gözləyir. Bundan əvvəl sülh danışıqlarının başlanmasını gözləmək lazım deyil”, – deyə cənab Borrell İspaniyanın Onda Cero radiosuna müsahibəsində belə bildirib.  TASS onun sözlərini sitat gətirib. Onun fikrincə, Co Bayden yox, Donald Tramp ABŞ-ın prezidenti olsaydı, “müharibə çox fərqli gedərdi”.

Rəsmi olaraq Rusiya ilə Ukrayna arasında danışıqlara Kiyevin təşəbbüsü ilə 2022-ci ilin mayında xitam verilib. Oktyabr ayında Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Putin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. 2023-cü ilin mayında cənab Zelenski bəyan etdi ki, Rusiya qoşunları geri çəkilməzdən əvvəl Putinlə danışmaq onun üçün çətin olacaq.