Ən son xəbərlər:

12.06.2023/09:52/ “Fənərbaxça” tarixində yeddinci dəfə Türkiyə Kubokunu qazanıb

“Fənərbaxça” tarixində yeddinci dəfə Türkiyə Kubokunu qazanıb.

xeberaz.info xəbər verir ki, İzmirdə keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Görüşün qəhrəmanı dubl edən Mişa Batşuayi olub. Artıq ilk dəqiqədə hesab açılıb. Belçikalı forvard 29-cu dəqiqədə komandasının üstünlüyünü gücləndirib.

Beləliklə, “Fənərbaxça” tarixində yeddinci dəfə Türkiyə Kubokunu qazanıb. Klub sonuncu dəfə 2012/13 mövsümündə turnirin qalibi olub.

Daha əvvəl “Zenit”in sabiq hücumçusu Artem Dzyubanın “Fənərbağça”nın futbolçusu ola biləcəyi barədə məlumat yayılmışdı. 33 yaşlı rusiyalı hücumçu türk klubu ilə 2 il müddətinə müqavilə imzalamaq niyyətindədir.