Ən son xəbərlər:

12.06.2023/09:42/ İsveçin NATO-ya üzv olması üçün konkret addımlar atılmalıdır

İsveçin NATO-ya üzv olması üçün konkret addımlar  atılmalıdır.

xeberaz.info xəbər verir ki, Şimali Atlantika Alyansı, Türkiyə və İsveçin nümayəndələri iyunun 14-də görüş keçirəcəklər. Görüşdə tərəflər krallığın NATO-ya daxil olması ilə bağlı irəliləyişi müzakirə etmək niyyətindədirlər. Bu barədə SVT telekanalı İsveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanal həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıçın İsveçin bir il əvvəllə müqayisədə alyansa qoşulmağa daha yaxın olduğunu qeyd edən sözlərini də sitat gətirib.

Bundan əvvəl Ərdoğan bildirib ki, Türkiyə indi İsveçin NATO-ya üzv olmasına hazır deyil.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçin NATO-ya üzv olması üçün konkret addımların atılmasının zəruri olduğunu bildirib.