Ən son xəbərlər:

12.06.2023/05:59/ Papanın Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edəcək

Papanın Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edəcək.

xeberaz.info xəbər verir ki, Bundan əvvəl Kiyevə səfər edən Papa Fransiskin Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi kardinal Matteo Zuppi bazar günü təsdiqləyib ki, Vatikanın münaqişənin həlli planına Moskvaya səfər də daxildir.

“Planın ikinci hissəsi Moskvaya səfər olacaq”, – ANSA xəbər agentliyi onun sözlərindən sitat gətirib. “Rusiya hökuməti tərəfindən maraq var, gözlənti var və biz Rus Pravoslav Kilsəsi ilə əlaqə quracağıq”, – Zuppi belə bildirib.