Ən son xəbərlər:

12.06.2023/05:49/ Hazırda Rusiya Avstriya ilə prinsipial olaraq siyasi dialoqa ehtiyac duymur

Hazırda Rusiya Avstriya ilə prinsipial olaraq siyasi dialoqa  ehtiyac duymur.

xeberaz.info xəbər verir ki, Hazırda Moskva ilə Vyana arasında siyasi dialoq yoxdur, lakin bu o demək deyil ki, zərurət yaranarsa, belə əlaqələr qurmaq olmaz. Bunu bazar günü dərc olunan “Express” portalına müsahibəsində Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski deyib.

“Hazırda Avstriya ilə prinsipial olaraq siyasi dialoq yoxdur. Bunun üçün sadəcə olaraq gündəlik məsələ yoxdur. Ancaq indi aramızda praktiki olaraq heç bir əlaqənin olmaması o demək deyil ki, lazım gələrsə, onları qurmaq olmaz. Amma açığını desəm, hazırda belə bir ehtiyac görmürəm”, – diplomat belə bildirib.