Ən son xəbərlər:

12.06.2023/05:20/ NATO-nun Vilnüs sammitində Ukraynanın alyansa daxil olmasının yolu müəyyən olunacaq

NATO-nun Vilnüs sammitində Ukraynanın alyansa daxil olmasının yolu  müəyyən olunacaq.

xeberaz.info xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində “Ukraynanın alyansa daxil olmasının yolu” müəyyən olunacaq.

“NATO-nun Vilnüs sammitində biz Ukraynanın daxil olma yolunu müəyyən edəcəyik. Bu arada biz daimi fəaliyyət göstərən Ukrayna-NATO Şurasının yaradılmasına doğru gedirik. Bu, mühüm addımdır, çünki Kiyevə beynəlxalq qərarların qəbulunda iştirak etməyə imkan verəcək”, – o, bazar günü “Repubblika” qəzetinə müsahibəsində belə  bildirib.

Tajani qeyd edib ki, Roma Ukraynaya F-16 qırıcılarını “sadəcə respublikada olmadığı üçün” göndərə bilməz və eyni səbəbdən bu ölkə ukraynalı pilotlara təlim keçə bilməyəcək. Eyni zamanda, o Kiyevə hərbi yardım haqqında daha bir fərmanın hazırlandığını xatırladıb. “Bizim paketimiz hərbi materiallar, uniformalar, jiletlər, sursatlardan ibarətdir. Lazım olanı edirik. Biz həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik”, – deyə nazir əlavə edib.