Ən son xəbərlər:

12.06.2023/05:00/ Dünyada layihələndirilən AES üçün reaktorların qlobal bazarında Rusiya və Çin birlikdə 69 faiz paya sahibdirlər

Dünyada layihələndirilən  AES üçün reaktorların qlobal bazarında Rusiya və  Çin birlikdə 69 faiz paya sahibdirlər.

Dünyada AES üçün reaktorların təxminən 70%-i hazırda Rusiya və Çin tərəfindən  istehsal edilir

xeberaz.info xəbər verir ki, Rusiya və Çin nüvə enerjisi sahəsində iştiraklarını genişləndirirlər, artıq bu ölkələrin payına tikilməkdə olan və ya layihələndirilən dünya reaktorlarının demək olar ki, 70%-i düşür. Bu barədə bazar günü Yaponiya Elektrik İnformasiya Mərkəzinin məlumatlarını təhlil edən Nikkei qəzeti məlumat yayıb.

Hazırda Çernobıl AES-də baş vermiş qəzadan sonra tətbiq edilən gücləndirilmiş təhlükəsizlik tədbirlərinə cavab verən üçüncü nəsil 110 nüvə reaktoru tikilir və ya layihələndirilir. Çinin 46 reaktoru var, ikinci yerdə 30 reaktorla Rusiya gəlir. Onlar birlikdə bu sahədə qlobal bazarın 69 faiz payına sahibdirlər.

Eyni zamanda, iki ölkədən kənarda 33 reaktor tikilir və ya tikintisi planlaşdırılır. Qəzet qeyd edir ki, Rusiya ən çox – 19  “xarici reaktor”a malikdir və Ukrayna ətrafındakı vəziyyətə görə Avropa və ABŞ-ın artan müqavimətinə baxmayaraq, nüvə enerjisində güclü qlobal təsirini saxlayır.