Ən son xəbərlər:

08.06.2023/19:05/ Peskov Qərbin Rusiya dövlətini və sahibkarları qarət etdiyini bildirib

Peskov  Qərbin  Rusiya dövlətini və sahibkarları qarət etdiyini bildirib.

xeberaz.info xəbər verir ki,  Rusiyanın  Dövlət başçısının mətbuat katibi Dmitri  Peskov  Qərbin  Rusiyanı və onun sahibkarlarını qarət etdiyini, ona görə də onların aktivlərini geri qaytarmaq üçün öz maraqları uğrunda mübarizə aparmağa çalışdıqlarını bildirib.

Kremlin Avropa depozitarlarının dondurulmuş vəsaitlərindən rusiyalı investorların itkilərini kompensasiya etmək üçün istifadə edilməsini məqbul hesab edib-etməməsi sualına cavab verən Peskov deyib:  Əlbəttə, Qərbdə bizim sahibkarlar və dövlətin özü talan edilib.  Müxtəlif formatlarda, lakin onların hamısı Qərbdə qarət edilib, – Peskov belə deyib.

“Həm dövlət, həm sahibkarlar, həm də sahibkarların qrupları bloklanmış, zəbt edilmişlər, lakin onlara məxsus olan aktivləri geri qaytarmaq üçün öz maraqları uğrunda mübarizə aparmağın, maraqlarını müdafiə etməyin hansısa yollarını tapmağa çalışırlar”, – Kremlin sözçüsü  belə bildirib.