Ən son xəbərlər:

08.06.2023/13:33/ BMT missiyası su elektrik bəndinin dağıdılmasının nəticələrini qiymətləndirmək üçün Xersona gəlib

BMT missiyası su elektrik bəndinin dağıdılmasının nəticələrini qiymətləndirmək üçün Xersona gəlib.

xeberaz.info xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin əməkdaşları, eləcə də dünya təşkilatının digər bölmələrinin nümayəndələri Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı vəziyyəti qiymətləndirmək üçün Xersona gəliblər. Bunu çərşənbə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Bizim BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsindən olan həmkarlarımız , BMT-nin beş agentliyi və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə Kaxovka bəndinin dağıdılması nəticəsində dəymiş ziyanı qiymətləndirmək, habelə yerli hakimiyyət orqanları və təşkilatlarla yardımı əlaqələndirmək üçün bu gün Xersonda olublar”, – Düjarrik belə deyib.