Ən son xəbərlər:

08.06.2023/09:57/ London Ukraynaya dəstək üçün MAQATE-yə 750 min funt sterlinq pul ayıracaq

London Ukraynaya  dəstək  üçün MAQATE-yə  750 min funt sterlinq pul ayıracaq.

xeberaz.info xəbər verir ki, Böyük Britaniya MAQATE-nin Ukraynada nüvə təhlükəsizliyi üzrə işini dəstəkləmək üçün 750 min funt-sterlinq ayırmağı planlaşdırır. Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Böyük Britaniya Ukraynadakı missiyasını dəstəkləmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyinə 750 min funt-sterlinq əlavə maliyyə ayırdığını elan edib”, – məlumatda belə bildirilir.

Həmçinin vurğulanır ki, Ukrayna münaqişəsi başlayandan Böyük Britaniya MAQATE-nin ölkədəki işinə dəstək üçün artıq beş milyon funt-sterlinq ayırıb. Britaniya hakimiyyəti hesab edir ki, bu maliyyə Ukrayna hökumətinə nüvə təhlükəsizliyi üzrə məsləhətlərin verilməsini təmin etməyə kömək edəcək.

Eyni zamanda, Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles daha əvvəl bildirib ki, Böyük Britaniya və Kiyevin digər müttəfiqlərinin Ukrayna tərəfinə ötürmək üçün silah ehtiyatları tükənir. O, həmçinin vurğulayıb ki, Ukraynaya yardım edən ölkələr daha çox hərbi texnika almağa məcburdurlar, çünki onlar artıq öz milli ehtiyatlarından yük daşımaları həyata keçirə bilmirlər