Ən son xəbərlər:

08.06.2023/09:35/ ABŞ-ın keçmiş vitse-prezidenti Pens Ukraynaya hərbi yardımın sürətləndirməsini bildirib

ABŞ-ın keçmiş vitse-prezidenti Pens  Ukraynaya hərbi yardımın sürətləndirməsini bildirib.

xeberaz.info xəbər verir ki,  ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Ukraynaya hərbi yardımın çatdırılmasının sürətləndirilməsinin lehinə danışıb. Bu barədə TASS məlumat yayıb.

“Mən inanıram ki, Birləşmiş Ştatlar… Ukrayna ordusunu ərazi bütövlüyünü bərpa edə bilmələri üçün lazım olan hər şeyi təmin etməyə davam etməlidir”, – mesajda belə deyilir.

Pensin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Kiyevə hərbi yardım göstərməkdə “ləng  hərəkət edir”.

Ağ Ev məlumat verib ki, ABŞ-ın dövlət borcu ilə bağlı razılaşmalar Ukraynaya əlavə maliyyə ayrılmasından imtina demək deyil.