Ən son xəbərlər:

08.06.2023/07:04/ Ukraynaya təhvil verilən silahlar dünyanın başqa yerlərində də peyda ola bilər

Ukraynaya təhvil verilən silahlar dünyanın başqa yerlərində də peyda ola bilər.

xeberaz.info xəbər verir ki,  Kiyev hakimiyyətinə təhvil verilən Qərb silahları sonradan dünyanın digər bölgələrinə də görünə və böyük fəlakətlərə səbəb ola bilər. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto deyib.

“Dünyanın bir çox regionları var ki, Ukraynaya göndərilən silahların hətta çox cüzi bir hissəsi böyük fəlakətlərə, təhlükəsizlik böhranlarına və qeyri-sabitliyə gətirib çıxara bilər”, – Szijarto belə deyib. TASS beynəlxalq Budapeşt Sülh Forumunda onun sözlərini sitat gətirib.

Szijarto əlavə edib ki, qeyri-sabit regionlardakı ölkələrin bir sıra liderləri artıq Ukraynaya silah tədarükündən narahat olduqlarını bildiriblər.

Bundan əvvəl Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO-ya üzv ölkələr iyulda Vilnüsdə keçiriləcək sammitdə Ukraynaya yardımın artırılması ilə bağlı razılığa gələcəklər.