Ən son xəbərlər:

08.06.2023/06:52/ Braziliya Vinisiusun adını daşıyan irqçilik əleyhinə qanun layihəsini qəbul edib

Braziliya Vinisiusun adını daşıyan irqçilik əleyhinə qanun layihəsini qəbul edib.

xeberaz.info xəbər verir ki,  Rio-de-Janeyro Qanunvericilik Assambleyası “Real Madrid”in hücumçusu Vinisius Juniorun adını daşıyan qanun layihəsini qəbul edib.

Yeni qanun layihəsi irqçilik təzahürlərinin aşkar edildiyi matçların dayandırılmasını və hətta ləğv edilməsini nəzərdə tutur.

Mayın 21-də La Liqanın 35-ci turunun matçında “Real Madrid” “Valensiya”ya 0:1 hesabı ilə məğlub olub. İkinci hissənin ortalarında 22 yaşlı braziliyalıya qarşı tribunadan gələn irqçi təhqirlər səbəbindən görüş yarımçıq kəsilib.

Bundan əvvəl Vinisiusun üç müttəhimlə irqçilik işi üzrə məhkəmə qarşısına çıxacağı bildirilib.