Ən son xəbərlər:

01.06.2023 /21:21/ Zelenski hesab edir ki, Rusiya ilə həmsərhəd olan bütün ölkələr Aİ və NATO-ya daxil olmalıdır

Zelenski hesab edir ki, Rusiya ilə həmsərhəd olan bütün ölkələr Aİ və NATO-ya daxil olmalıdır.

xeberaz.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya ilə həmsərhəd olan bütün ölkələr Aİ və NATO-ya daxil olmalıdır.

Jurnalistlər məndən niyə NATO ilə əməkdaşlıq etdiyimizi soruşdular. Cavab sadədir – Ukraynanın NATO-ya daxil olması təhlükəsizlik zəmanətləri deməkdir. Ona görə də Rusiya ilə həmsərhəd olan və Rusiyanın hücumuna məruz qalmaq istəməyən bütün ölkələr Aİ və NATO ilə birləşməlidir. Alternativ yoxdur. Biz Belarusda, Gürcüstanda baş verənləri görürük, – o, Moldovada Avropa Siyasi Birliyinin sammitində belə deyib.

Rusiya 16 dövlətlə, – Abxaziya, Azərbaycan, Belarusiya, Gürcüstan, Şimali Koreya, Qazaxıstan, Çin, Latviya, Litva, Norveç, Monqolustan, Polşa, Ukrayna, Finlandiya, Estoniya, Cənubi Osetiya ilə həmsərhəddir. Daha iki ölkənin – ABŞ və Yaponiyanın Rusiya Federasiyası ilə dəniz sərhədləri var.

Latviya, Litva, Norveç, Polşa, Finlandiya və ABŞ NATO-nun üzvləridir.