Ən son xəbərlər:

01.06.2023 /12:45/ Rusiya ilə müharibə olacağı təqdirdə NATO-nun gizli planı var

Rusiya ilə müharibə olacağı təqdirdə NATO-nun gizli planı var.

xeberaz.info xəbər verir ki, NATO Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə gizli plan hazırlayıb. Bunu Statecraft-ın məsul köşə yazarı Yan Devis bildirib.

Jurnalistin sözlərinə görə, NATO-nun Vilnüsdə keçiriləcək sammitində təsdiq üçün “minlərlə səhifəlik gizli hərbi planlar” təklif olunacaq. Soyuq müharibədən sonra ilk dəfə olaraq Rusiya Federasiyası ilə birbaşa toqquşma ssenarisini ətraflı təsvir edilir.

Devisin qeyd etdiyi kimi, bu sənədlərin hazırlanması NATO-nun Brüsseldəki mənzil-qərargahında bağlı qapılar arxasında daimi hərbi nümayəndələr tərəfindən həyata keçirilib.

Devis, həmçinin NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerin mayın 10-da alyans ölkələrinin hər an münaqişəyə hazır olması lazım olduğunu bildirən sözlərini də misal gətirib