Ən son xəbərlər:

01.06.2023 /06:10/ Türkiyənin xarici işlər naziri NATO xarici işlər nazirlərinin Oslodakı görüşünə getməyəcək

Türkiyənin xarici işlər naziri NATO xarici işlər nazirlərinin Oslodakı görüşünə  getməyəcək.

xeberaz.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələrindən olan həmkarları ilə digər mövzularla yanaşı, İsveçin Şimali Atlantika Alyansına qəbulunun müzakirə olunacağı Osloda keçiriləcək görüşə gəlməyəcək.

Bunu çərşənbə günü NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində keçirilən mətbuat konfransında Norveçin xarici işlər naziri Anniken Huitfelt deyib.

Yayımı alyansın mətbuat xidməti aparıb.